Vətəndaşların uzun müddətdir narazı qaldığı yol yenidən qurulur- FOTO

Vətəndaşların uzun müddətdir narazı qaldığı yol yenidən qurulur-

Ulduz” metrostansiyasının qarşısındakı yol sahəsində uzun müddətdir davam edən yenidənqurma və tikinti işləri çərçivəsində asfaltlanma mərhələsinə başlanılıb.

Azmedia.Az xəbər verir ki, Bakı şəhərinin nəqliyyat infrastrukturunun yenilənməsi çərçivəsində “Ulduz” metrostansiyasının qarşısındakı yol sahəsində işlər davam etdirilir.

Sözügedən ərazidə yolun yenidən qurulması və tikintisi prosesi 2025-ci ilin sonlarından, xüsusilə dekabr ayından etibarən davam edir.

Hazırda ərazidə aparılan işlər çərçivəsində yol örtüyünün yenilənməsi və asfaltlanma işləri həyata keçirilir.

Məlumata görə, bu yol sahəsi Həsən Əliyev küçəsindən “Koroğlu” metrostansiyası istiqamətində salınan yeni avtomobil yolunun mühüm hissələrindən biridir.

Qeyd edək ki, həmin yol sahəsinin vəziyyəti uzun müddət ərzində vətəndaşların narazılığına səbəb olub. Hazırda ərazidə həyata keçirilən yenidənqurma işləri yolun nəqliyyat imkanlarının yaxşılaşdırılmasına və hərəkət şəraitinin təkmilləşdirilməsinə yönəlib.

İşlərin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirildiyi bildirilir.