Yevlax şəhərində ağır yol qəzası: nəvə öldü, baba sağ qaldı
Yevlax şəhərində ağır yol qəzası: nəvə öldü, baba sağ qaldı
Azmedia.Az-ın bölgə müxbirin əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. "BMW" markalı avtomobilin sürücüsü idarəetməni itirib və yol kənarında hərəkət edən baba ilə nəvəni vurub. Nəticədə nəvə hadisə yerində dünyasını dəyişib, baba isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əldə etdiyimiz məlumata görə, dünyasını dəyişən nəvə 2015-ci il təvəllüdlü Sübhan Əlizadə, yaralanan baba isə Cabbar Əliyevdir.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


