Yevlaxda qumla dolu yük maşını aşıb: Sürücü yaralanıb - VİDEO
Yevlaxda qumla dolu yük maşını aşıb, sürücü yaralanıb
Azmedia.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. Qumla dolu yük maşını idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində maşındakı qum yola və ətrafa səpələnib. Aşan yük maşınının ön hissəsi yoldan kənara, yük hissəsi isə yolun ortasına düşüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


