Yuxarı Şirvan kanalında 23 yaşlı gənc batıb
Yuxarı Şirvan kanalının İsmayıllı rayonundan keçən hissəsində 23 yaşlı gənc batıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə kanalın Quba Xəlilli kəndi ərazisindən keçən hissəsində baş verib. 2003-cü il təvəllüdlü rayon sakini Məhərrəmov Rəvan Vaqif oğlu Yuxarı Şirvan kanalında batıb. Hadisə yerinə FHN-in Aran Dalğıc Axtarış Qrupu cəlb olunub. Aparılan axtarışlar nəticəsində 23 yaşlı gəncin meyiti batdığı ehtimal edilən yerdən təxminən 200 metr aralıda dalğıclar tərəfindən aşkar edilərək sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


