16 yaşlı Vüsalın da meyiti tapıldı - FOTO
İyulun 6-sı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb.
Azmedia.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Maarif oğlunun meyiti batdığı yerdən təxminən 6 kilometr aralı sahildə aşkar edilib.


