29 yaşlı gənc boğazından bıçaqlandı - Şübhəli atasıdır

29 yaşlı gənc boğazından bıçaqlandı -

Tovuz rayonunda ailə münaqişəsi oğlun bıçaqlanması ilə nəticələnib.

Azmedia.Az xəbər verir ki, hadisə rayonun Ağdam kəndində baş verib. 

1997-ci təvəllüdlü Nicat Məmmədov boğaz nahiyəsindən bıçaqlanıb.

Hadisəni törətməkdə onun atası Aydın Məmmədov şübhəli bilinir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində ataşdırma başlanılıb.//qafqazinfo