64 yaşlı kişi elektrik dirəyindən yıxılıb öldü

64 yaşlı kişi elektrik dirəyindən yıxılıb öldü

Xaçmaz rayonunda elektrik dirəyindən yıxılan kişi həyatını itirib.

Azmedia.Az-ın məlumatına görə, hadisə rayonun Qoçaqlı kəndində baş verib.

Belə ki,1962-ci il təvəllüdlü Əbilfərz Balakişiyev elektrik dayağında iş görən zaman yıxılıb və hadisə yerindəcə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.