Ağdamda qazıntı zamanı insan skeletinə bənzər qalıqlar tapılıb
Ağdam rayonunda aparılan qazıntı işləri zamanı insan sümüklərinə bənzər skelet qalıqları aşkar edilib.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, tapıntılar Baş Qərvənd kəndi ərazisində qeydə alınıb. Ərazidə qazıntı işləri aparan şirkət tərəfindən iş zamanı tapılan qalıqlarla bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Ardınca hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub və aşkarlanan qalıqlara baxış keçirilib. İlkin məlumata görə, sümüklərin mənşəyinin və kimə aid olduğunun müəyyənləşdirilməsi məqsədilə ekspertizalar təyin edilib.
Hazırda araşdırmalar davam edir.
Ehtiram Muradov
Azmedia.Az


