Ağdaşda ağır yol qəzası – Ölən var - FOTO
Ağdaşda ağır yol qəzası olub, ölən var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax avtomobil yolunun Ağdaş rayonu Ləki qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. “Mercedes” markalı yük avtomobili “TIR”la toqquşub.
Nəticədə “Mercedes”in sürücüsü 36 yaşlı Heydər Hüseynli hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Ehtiram Muradov
Azmedia.Az


