Arazda 29 yaşlı gənc boğuldu
İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb
Azmedia.Az xəbər verir ki, hadisə Araz çayının İmişli rayonunun Şahverdili və Göbəktala kəndləri ərazisindən keçən hissəsində baş verib.
1997-ci il təvəllüdlü Elgün Həsənov çayda çimərkən boğulub. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən aparılan axtarışlar nəticəsində onun meyiti batdığı yerin yaxınlığından aşkar edilərək sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.


