Bakıda GÜCLÜ YANĞIN BAŞLADI

Bakıda GÜCLÜ YANĞIN BAŞLADI

Bakının Xətai rayonunda yanğın başlayıb.

Azmedia.Az xəbər verir ki, hadisə 8 Noyabr prospektində baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində taxta və təkər tullantıları yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.//sfera