Bakıda kişi keçmiş arvadını küçədə güllələdi
Bakıda kişi keçmiş həyat yoldaşını güllələyərək öldürüb, sonra özünə atəş açıb
Azmedia.Az xəbər verir ki, hadisə iyulun 9-da paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində qeydə alınıb. İlkin məlumata görə, 43 yaşlı Zaur Qəhrəmanov ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 44 yaşlı Amalya Qəhrəmanovanı güllələyərək qətlə yetirib. Daha sonra o, özünə silahla atəş açıb.
TƏBİB-dən verilən məlumata görə, saat 16:30 radələrində hadisə ilə bağlı təcili tibbi yardım çağırışı daxil olub. Hadisə yerinə cəlb olunan briqada tərəfindən ağır vəziyyətdə olan kişi müştərək travma diaqnozu ilə Kliniki Tibb Mərkəzinə hospitalizasiya edilib. Ona gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları qoyulub, hazırda müalicəsi davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir.
Təcili tibbi yardım briqadası tərəfindən qadının hadisə yerində öldüyü müəyyən edilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.//qafqazinfo


