Bakının 10 rayonunda su qrafiklə veriləcək

Bakının 10 rayonunda su qrafiklə veriləcək

Bakının bir sıra rayonlarında suyun verilişi müvəqqəti qrafiklə həyata keçirilir.

Azmedia.Az xəbər verir ki, texniki işlərlə əlaqədar bəzi ərazilərdə suyun verilmə saatları azaldılıb. Hazırda tətbiq olunan rejimə əsasən, Xətai və Nizami rayonlarının bəzi hissələrinə su 06:00-10:00 və 18:00-22:00, Suraxanının bəzi ərazilərinə 06:00-17:00 / 06:00-19:00 / 22:00-01:00, Binəqədi və Nərimanovun bəzi hissələrinə 06:00-20:00, Yasamalın bəzi ərazilərinə isə 06:00-10:00, 06:00-22:00 və 18:00-22:00 saatlarında veriləcək.

Sabunçuda qrafik 08:00-12:00 və 22:00-02:00, Xəzərdə 00:00-12:00, Pirallahıda 08:00-17:00, Nəsimidə isə 06:00-10:00 və 18:00-21:00 olacaq. Bildirilir ki, 2 gün ərzində su təchizatının stabilləşdirilməsi gözlənilir.//bakues