BÖYÜKŞOR GÖLÜNDƏKİ PİS QOXUNUN SƏBƏBİ AÇIQLANDI — RƏSMİ

BÖYÜKŞOR GÖLÜNDƏKİ PİS QOXUNUN SƏBƏBİ AÇIQLANDI —

Böyükşor gölündə suyun yaşıl rəngə boyanması və kəskin qoxunun səbəbi aparılan analizlər nəticəsində müəyyənləşib.

Azmedia.Az xəbər verir ki, 14 avqust 2026-cı il tarixində Böyükşor gölündən su nümunələri götürülərək laborator analizlər aparılıb.

Analizlərin nəticələrinə əsasən, su nümunəsinin kəskin iyli, yaşıl rəngli, qatı və çətin çökən maddə şəklində olduğu müəyyən edilib.

Mikroskopik tədqiqat zamanı suda həddindən artıq göy-yaşıl yosunların (Cyanobacteria) olduğu aşkarlanıb. Bu yosun qrupları suyun rənginin yaşıl, bəzi hallarda isə qəhvəyi-yaşıl görünməsinə səbəb ola bilər.

Mütəxəssislərin araşdırmasına görə, mövsümlə əlaqədar temperaturun yüksəlməsi, həmçinin suda biogen elementlərin — ümumi azot və fosforun miqdarının artması biokimyəvi prosesləri sürətləndirib.

Nəticədə toksiki sianobakteriyaların populyasiya sıxlığının kəskin artması üçün əlverişli şərait yaranıb.