Argentina Prezidenti belə bir kartej ala bilməz – Sadəcə Lionel Messi- VİDEO
Lionel Messinin Argentina millisində son oyununa çıxmazdan əvvəl stadion yolunda hərəkət etdiyi avtobusun görüntüləri böyük marağa səbəb olub.
Azmedia.Az xəbər verir ki, 2026-cı ilin oktyabr ayının əvvəlində keçirilən Argentina – Benin yoldaşlıq görüşü öncəsi Lionel Messi üçün xüsusi vida korteji təşkil olunub.
39 yaşlı əfsanə futbolçunun azarkeşlərlə birbaşa vidalaşa bilməsi üçün Argentina milli komandasının heyətini daşıyan avtobus Buenos-Ayres küçələrində böyük kortejin müşayiəti ilə hərəkət edib.
Kortej zamanı küçələri dolduran minlərlə azarkeş Messiyə sevgisini nümayiş etdirib. Milli komandanın avtobusunun keçidi zamanı yaranan izdiham və azarkeşlərin coşqusu diqqət çəkib.
Messinin özü də ona göstərilən böyük sevgi qarşısında emosional anlar yaşayıb. Görüntülərdə argentinalı futbolçunun komanda avtobusunda göz yaşlarını saxlaya bilmədiyi görünür.
Messinin Argentina millisindəki vida matçı öncəsi baş tutan bu kortej futbol dünyasında bir dövrün başa çatmasını simvolizə edən yaddaqalan görüntülərdən biri kimi gündəmə gəlib.


