Füzulinin iki kəndində güclü yanğın başladı - FOTO
Füzuli rayonunun Seyid Əhmədli və Molla Məhərrəmli kəndləri ərazisində açıq sahədə güclü yanğın başlayıb.
Azmedia.Az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Füzuli və Cəbrayıl rayonlarından yanğınsöndürən qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir. Yanğının başvermə səbəbi və dəymiş ziyanın həcmi hələlik məlum deyil.//qafqazinfo


