Mingəçevirdə 40 yaşlı qadın sirkə turşusundan zəhərləndi

Mingəçevirdə 40 yaşlı qadın sirkə turşusundan zəhərləndi

Mingəçevirdə 40 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Mingəçevir şəhərinin “Mingəçevir kəndi” kimi tanınan yaşayış massivindəki fərdi təsərrüfatlardan birində baş verib.

İlkin məlumata görə, ehtiyatsızlıq nəticəsində sirkə turşusu içən 1986-cı il təvəllüdlü Xalidə Abdullayeva zəhərlənib.

Zəhərlənən qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az