Mingəçevirdə 55 yaşlı kişi obyektin qarşısında ölü tapıldı

Mingəçevirdə 55 yaşlı kişi obyektin qarşısında ölü tapıldı

Mingəçevirdə 55 yaşlı kişi obyektin qarşısında ölü tapılıb.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə şəhərin Samux küçəsində yerləşən obyektlərdən birinin qarşısında baş verib. 55 yaşlı şəhər sakini İlham Orucovun meyiti ərazidə aşkarlanıb.

İlkin məlumata görə, onun şəkərli diabet xəstəliyinin ağırlaşması səbəbindən vəfat etdiyi ehtimal olunur. Əldə etdiyimiz məlumata görə, İlham Orucov ərazidəki obyektlərdən birində işləyirmiş.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az