Mingəçevirdə ağac avtomobillərin üzərinə aşdı - FOTO

Mingəçevirdə ağac avtomobillərin üzərinə aşdı -

Mingəçevirdə iri gövdəli ağac avtomobillərin üzərinə aşıb. 

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Həzi Aslanov küçəsində baş verib. İri gövdəli ağac gözlənilmədən kökündən qoparaq minik avtomobillərinin üzərinə aşıb. Xoşbəxtlikdən avtomobillər dayanıqlı vəziyyətdə olduğu üçün təbiət hadisəsi zamanı xəsarət alan olmayıb. Məlumata görə, ağacın aşması nəticəsində ən çox zərər "Ford" markalı avtomobilə dəyib. 

Ehtiram Muradov

Azmedia.Az