Mingəçevirdə avtomobil aşıb
Mingəçevirdə avtomobil idarəetmədən çıxaraq aşıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında şəhərin sağ sahil hissəsindəki küçələrdən birində baş verib. İdarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılaraq onu yıxan minik avtomobili yanı üstə aşıb.
Nəqliyyat vasitəsinə və şəhər təsərrüfatına ziyan dəysə də avtomobildə olan sürücü və bir nəfər kişi sərnişin qəzadan salamat qurtulub. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


