MİNGƏÇEVİRDƏ AVTOMOBİLDƏ YANĞIN BAŞ VERİB

MİNGƏÇEVİRDƏ AVTOMOBİLDƏ YANĞIN BAŞ VERİB

Mingəçevirdə avtomobildə yanğın hadisəsi baş verib.

Azmedia.Az xəbər verir ki, hadisə az öncə şəhərin Nizami küçəsində qeydə alınıb. Belə ki, “Honda” markalı avtomobildə qəfil yanğın başlayıb.

Ətrafdakı şəxslərin köməyi ilə yanğının qarşısını almaq mümkün olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadası da cəlb olunub.

Hadisə nəticəsində avtomobilə ziyan dəydiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az