Mingəçevirdə böyük ticarət mərkəzində yanğın baş verib - FOTOLAR

Mingəçevirdə böyük ticarət mərkəzində yanğın baş verib -

Mingəçevirdə böyük ticarət mərkəzində yanğın olub.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, yanğın hadisəsi Ş.İ.Xətai küçəsində yerləşən "Tamstore" marketlər şəbəkəsinin iri mağazalarından birində qısaqapanma nəticəsində baş verib. Hadisə yerinə FHN yanğınsöndürmə və həkim briqadası cəlb olunub. Yanğınsöndürənlər alovu tam söndürərək nəzarətə götürüblər.

Ehtiram Muradov

Azmedia.Az