Mingəçevirdə güclü külək ağacları aşırdı - VİDEO

Mingəçevirdə güclü külək ağacları aşırdı -

Güclü külək Mingəçevirdə ağacları aşırıb.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, anidən başlayan güclü külək qısa müddət ərzində Əliağa Vahid, Rəsul Rza və ora bitişik ərazilərdə iri gövdəli ağacları nəqliyyat və piyada yollarına, həmçinin istirahət zolaqlarına aşırıb. Qeyd olunan ərazilərdə normal hərəkətə məhdudiyyətlər yaranıb. Küləyin fəsadlarının miqyası arta da bilər. Hazırda fəsadların hüdudları və sayı dəqiqləşdirilir. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsi əməkdaşları küləyin fəsadlarının aradan qaldırılması üçün müvafiq ərazilərə cəlb olunub.

Ehtiram Muradov

Azmedia.Az