Mingəçevirdə kafedə mübahisə qanla bitib
Kafedə baş verən mübahisə Yevlax sakinini xəstəxanalıq edib.
Azmedia.Az-ın məlumatına görə, hadisə Mingəçevir şəhəri, Qaçaq Nəbi küçəsində yerləşən kafelərdən birində baş verib.
İlkin məlumata əsasən, mübahisə zəminində 39 yaşlı Yevlax rayon sakini Xəyal Rəsulov döyülərək baş nahiyəsinə bakal zərbəsi alıb. Yaralı xəstəxanaya çatdırılıb və baş-qulaq nahiyəsindən əməliyyat olunub. Baş vermiş hadisə ilə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


