Mingəçevirdə kanalda batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb - FOTO

Mingəçevirdə kanalda batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb -

Mingəçevirdə kanalda batan 14 yaşlı yeniyetmənin meyiti tapılıb

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu Qarabağ kanalında batan 2012-ci il təvəllüdlü Nicat Yalçın oğlu Şərifzadənin meyitini batdığı yerdən təxminən 1 kilometr aralıda aşkar edib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Nicat Şərifzadə Mingəçevir şəhər 8 nömrəli tam orta məktəbin şagirdi idi. O, yeni tədris ilində 9-cu sinifdə təhsilini davam etdirəcəkdi. Yeniyetmə ailədə bir bacının qardaşı idi.

Ehtiram Muradov

Azmedia.Az