Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
Bakının Suraxanı rayonunda 17 yaşlı oğlan anasını bıçaqlayıb.
Azmedia.Az xəbər verir ki, hadisə Ramana qəsəbəsinin C.Qaşqay küçəsində yerləşən fərdi yaşayış evində baş verib.
Belə ki, 1981-ci il təvəllüdlü D.Qurbanova 17 yaşlı oğlu tərəfindən bıçaqlanıb. Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurduğu bildirilir.
Ağır xəsarətlər alan qadın təcili tibbi yardım vasitəsilə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.//teleqraf


