Mingəçevirdə mübahisə ölümlə nəticələndi
Mingəçevirdə mübahisə ölümlə nəticələndi.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında Mingəçevir şəhərində yerləşən kafelərdən birinin qarşısında baş verib. 51 yaşlı Rafiq Məmmədov aralarında yaranmış mübahisə zəminində 35 yaşlı Tural Bəhrəmlini döyərək xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən T.Bəhrəmli aldığı xəsarətlərdən orada ölüb. Qeyd edək ki, dünyasını dəyişən şəxs Zəfər yürüşünün iştirakçılarından biri olub və Mingəçevir şəhərindəki 20 saylı məktəbdə gözətçi vəzifəsində çalışıb.
R. Məmmədov polis əməkdaşkarı tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


