Mingəçevirdə yol qəzası: yaralanan var
Mingəçevirdə yol qəzası olub, yaralanan var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Samux küçəsində baş verib. "Vaz 2107" və "Mitsubişi" markalı avtomobillərin toqquşması zamanı müxtəlif bədən xəsarətləri alan 45 yaşlı sərnişin Namiq Səlimov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


