Mingəçevirdə yol qəzası: Yaralanan var
Mingəçevirdə yol qəzası olub, yaralanan var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə "Tərəvəzçilik" yaşayış massivi hüdudlarında baş verib. "Hyundai" və "Opel" markalı avtomobillərin iştirakı ilə baş verən yol qəzası zamanı xəsarət alan "Opel"in sürücüsü, 2004-cü il təvəllüdlü Nihat Əsgərov xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


