Prezident İlham Əliyev Sinqapur Prezidentini milli bayram münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamı ölkəsinin milli bayramı münasibətilə təbrik edib.
Azmedia.Az xəbər verir ki, Azərbaycan Prezidenti təbrik məktubunda Sinqapur Prezidentinə və Sinqapur xalqına xoş arzularını çatdırıb.
Azərbaycan Prezidenti İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnamı milli bayram münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.


