Qvardiola Rodri ilə danışıb: “Real Madrid”ə yox, “Barselona”ya getməsini istəyib

Qvardiola Rodri ilə danışıb: “Real Madrid”ə yox, “Barselona”ya getməsini istəyib

Pep Qvardiolanın “Real Madrid”in Rodriyə marağı fonunda İspaniya millisinin yarımmüdafiəçisi ilə birbaşa danışdığı və onu “Barselona”nı seçməsində rolu olduğu iddia olunur.

Azmedia.Az xarici mənbəyə istinadən xəbər verir ki, Qvardiolanın Rodriyə “Real Madrid”in oyun üslubunun ona uyğun gəlməyə biləcəyi barədə xəbərdarlıq etdiyi bildirilir.

Məlumata görə, “Mançester Siti”nin baş məşqçisi 2024-cü ildə “Qızıl top” uğrunda mübarizədən sonra Rodri ilə Vinisius Junior arasında gələcəkdə münasibətlərin çətinləşə biləcəyindən də narahatlığını ifadə edib.

Qvardiolanın Rodriyə “Barselona”nın oyun fəlsəfəsinin onun futbol üslubuna daha uyğun olduğunu söylədiyi qeyd olunur. Rodri isə artıq karyerasını “Barselona”da davam etdirəcək. İspaniyalı yarımmüdafiəçi Kataloniya klubu ilə 2030-cu ilin iyununa qədər müqavilə imzalayıb.