Sumqayıtda boşanmaq istəyən qadın qətlə yetirildi – əri saxlanıldı
Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı qadın yaşadığı evdə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı saxlanılıb.
Sumqayıtın Corat qəsəbəsində qadının qətlə yetirilməsi ilə bağlı hadisə baş verib.
Azmedia.Az xəbər verir ki, hadisə oktyabrın 1-də axşam saatlarında qəsəbə ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verib.
Qəsəbə sakini, 1995-ci il təvəllüdlü Şəhanə İmanova yaşadığı evdə qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Əsgər Hüseynov saxlanılıb.
Məlumata görə, hadisəyə səbəb qadının həyat yoldaşından boşanmaq istəməsi olub. Ailədə bir müddət əvvəl mübahisə yaranıb. Şəhanə İmanova ərindən boşanmaq istəyib və həyat yoldaşından ayrı yaşayıb.
Bir müddət sonra Əsgər Hüseynov onunla barışmaq istəyib. Lakin Şəhanə İmanova bu təklifi qəbul etməyib.
Oktyabrın 1-də axşam saatlarında tərəflər arasında yenidən mübahisə yaranıb. Məlumata görə, Əsgər Hüseynov özü ilə gətirdiyi bıçaqla qadını qətlə yetirib.
Cütlüyün birgə nikahdan bir azyaşlı övladı qalıb.
Faktla bağlı araşdırma aparılır.


