Trampdan FIFA rəhbəri ilə bağlı SƏRT MESAJ: “Dəhşətli səhv olar”- ŞƏKİL

Trampdan FIFA rəhbəri ilə bağlı SƏRT MESAJ: “Dəhşətli səhv olar”-


ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonun mümkün istefası və ya vəzifədən uzaqlaşdırılması ilə bağlı mövqeyini açıqlayıb.

Azmedia.Az xəbər verir ki, Tramp “Truth Social” hesabında paylaşdığı yazıda İnfantinonun FIFA rəhbəri kimi fəaliyyətini yüksək qiymətləndirib və onun dəyişdirilməsinin yanlış qərar olacağını bildirib.

ABŞ prezidenti qeyd edib ki, İnfantinonun rəhbərliyi dövründə dünya çempionatının əvvəlki turnirlərlə müqayisədə daha uğurlu keçirilməsi təmin olunub.

Trampın sözlərinə görə, FIFA rəhbərinin dəyişdirilməsi gələcək dünya çempionatlarının həm təşkilati, həm də maliyyə baxımından əvvəlki səviyyədə keçirilməsinə mənfi təsir göstərə bilər.

Məsələ ilə bağlı müzakirələr son həftələrdə daha da intensivləşib. “New York Post” daha əvvəl Trampın İnfantinonu BMT-nin baş katibi postunda görmək istədiyini yazmışdı.

Bundan başqa, nəşr avqustun əvvəlində İnfantinonun FIFA prezidentliyini qorumaq üçün Vaşinqton administrasiyasının dəstəyini qazanmağa çalışdığını iddia etmişdi.

FIFA rəhbəri qurumun yayım və kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara verilməsini nəzərdə tutan layihəyə görə də tənqid olunub. Sözügedən planın FIFA üçün milyardlarla dollar gəlir gətirə biləcəyi açıqlansa da, futbol dünyasında ciddi narazılıq yaradıb və daha sonra təşəbbüsdən geri çəkilib.

İnfantinonun FIFA daxilində əvvəlki dəstəyini itirdiyi və postunu tərk edə biləcəyi ilə bağlı iddialar da gündəmə gəlmişdi.