Xankəndidə yol qəzası: Yaralanan var - FOTO
Xankəndidə yol qəzası baş verib, yaralanan var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə gecə saatlarında Qarabağ Universitetinin yataqxana kompleksinin qarşısından keçən yolda baş verib. Belə ki, "Toyota Prius" markalı avtomobil kuryer fəaliyyəti ilə məşğul olan motosikletlə toqquşub. İlkin məlumata görə, müxtəlif bədən xəsarətləri, o cümlədən ayaq nahiyəsindən sınıq xəsarəti alan motosiklet sürücüsü hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Yaralının Qarabağ Universitetinin ikinci kurs tələbəsi Səid Allahverdiyev olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


