Mingəçevir su anbarında itkin düşən balıqçı ilə bağlı- ACI XƏBƏR
Mingəçevir su anbarında itkin düşən Yevlax sakininin axtarışları faciəvi nəticələnib.
Azmedia.Az xəbər verir ki, Kərimov Xaləddin Sabir oğlu dünən növbəti dəfə qayıqla balıq tutmaq məqsədilə Mingəçevir su anbarına yola düşüb. Lakin geri qayıtmayıb.
Məlumata görə, axtarış zamanı Xaləddin Kərimova məxsus qayıq və bəzi şəxsi əşyalar aşkarlanıb.
Bu gün alınan son məlumata görə, 1961-ci il təvəllüdlü Xaləddin Kərimovun meyiti itkin düşdüyü ərazidə aşkar olunub. Hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb edilib.
Ehtiram Muradov
Azmedia.Az


