Yevlaxda ağır qəza: Avtobus aşdı, 22 nəfər xəsarət aldı - FOTO
Bu gün səhər saatlarında Yevlaxda avtobus aşıb, yaralananlar var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, idarəetmədən çıxan avtobus aşıb. 28 nəfər yaralanıb. Yaralı sərnişinlər saat 07:20 radələrindən başlayaraq 22 nəfər (9 kişi, 13 qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 1 nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub.
Hazırda 21 nəfərin tibb müəssisəsinin müvafiq şöbələrində müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir. İlkin məlumata görə, qəzaya düşən avtobus fəhlələri işə aparırmış. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


