Yevlaxda baş verən qəzada ölən var - FOTO

Yevlaxda baş verən qəzada ölən var -

Yevlaxda ağır qəza, ölən var.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə Kövər kəndi yaxınlığında baş verib.1967-ci il təvəllüdlü Şakir Həsənovun idarə etdiyi VAZ 2107 markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Azmedia.Az