Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib
Yevlax şəhərində iki avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, hadisə bu gün Xaldan şossesində, Hacıselli kəndi istiqamətində baş verib.
“Renault Megane” və “Toyota Prius” markalı avtomobillərin toqquşması nəticəsində nəqliyyat vasitələrindən biri yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza zamanı avtomobillərə və işıq təsərrüfatına ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı məlumat dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


