Yevlaxda zəncirvari yol qəzası baş verib

Yevlaxda zəncirvari yol qəzası baş verib

Yevlaxda zəncirvari yol qəzası baş verib.

Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə az öncə Xaldan şossesinin Hacıselli kəndi yaxınlığından keçən hissəsində baş verib. "Hunday" və daha iki avtomobilin iştirakı ilə baş verən toqquşma zamanı avtomobillərdən biri yol kənarına düşüb. Qəza zamanı xəsarət alanların olub-olmaması dəqiqləşdirilir. Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov

Azmedia.Az