12-Avqust Beynəlxalq Gənclər Günüdür
Bu gün dünyada gənclərin cəmiyyətdəki roluna diqqət çəkən əlamətdar gün – Beynəlxalq Gənclər Günü qeyd olunur.
Azmedia.Az xəbər verir ki, hər il avqustun 12-si Beynəlxalq Gənclər Günü kimi qeyd edilir.
Bu gün gənclərin hüquqlarının qorunması, onların ictimai həyatda fəal iştirakının təmin edilməsi, təhsil və inkişaf imkanlarının genişləndirilməsi məsələlərinə diqqət çəkilməsi məqsədi daşıyır.
Beynəlxalq Gənclər Gününün qeyd olunması ilə bağlı qərar 1999-cu ildə BMT Baş Məclisi tərəfindən qəbul edilib. Azərbaycanda isə Gənclər Günü ilk dəfə 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə təsis olunub.
12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bütün Azərbaycan gənclərini təbrik edirik!


