Yevlaxda “Infiniti” aşdı: Goranboy sakini faciəvi şəkildə öldü
Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Azmedia.Az-ın məlumatına görə, Goranboy rayon sakini Tural Əliyevin idarə etdiyi “Infiniti” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sürücü Tural Əliyev həyatını itirib. Bundan əlavə 2000 ci il təvəllüdlü Naftalan sakini Pəri Məstəliyeva da ölüb
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az



