Bakıda gecə klubunun qarşısında QALMAQAL: Maşını mağazaya çırpdı, qadını yumruqladı – VİDEO

Bakıda gecə klubunun qarşısında QALMAQAL: Maşını mağazaya çırpdı, qadını yumruqladı –

Bakıda gecə klubunun qarşısında baş verən insident zamanı avtomobil mağazalara çırpılıb, daha sonra qadınla kişi arasında dava yaşanıb.

Azmedia.Az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən gecə klublarından birinin qarşısında baş verib.

Patrul.az-ın məlumatına görə, gecə klubundan çıxan sərxoş şəxs 10-DK-111 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobillə mağazalara çırpılıb.

Bundan sonra gecə klubundan çıxan qadınla həmin şəxs arasında mübahisə yaranıb. Mübahisə daha sonra fiziki qarşıdurmaya çevrilib və tərəflər bir-birinə yumruq atıblar.

Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Məlumata görə, avtomobil mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib. Araşdırmanın nəticəsindən asılı olaraq, mübahisə tərəflərinin əməllərinə hüquqi qiymət veriləcək.

Hadisənin görüntülərini təqdim edirik.