Əhaliyə ŞAD XƏBƏR: Minimum əməkhaqqında ciddi artım gözlənilir!
Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir. Mövcud 400 manatlıq minimum əməkhaqqının təxminən 100 manat artırılaraq 500 manata çatdırılması proqnozlaşdırılır.
Azmedia.Az xəbər verir ki, Azərbaycanda minimum əməkhaqqının nə qədər artırılacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir.
Minimum əməkhaqqının 100 manat civarında artırılması proqnozlaşdırılır.
Xatırladaq ki, hazırda Azərbaycanda minimum əməkhaqqı 400 manat təşkil edir.
Noyabrın sonunda, dekabrın əvvəlində isə sözügedən layihənin parlamentin müvafiq komitəsində müzakirəyə çıxarılması gözlənilir.
Qeyd edək ki, minimum əməkhaqqının 500 manata çatdırılması hələlik proqnozlaşdırılan artımdır, yekun qərar isə müvafiq müzakirələrdən sonra məlum olacaq.



