Azərbaycanda bəzi qadınlara hər ay 400 manat verilə bilər – KİMLƏRƏ ŞAMİLDİR?

Azərbaycanda bəzi qadınlara hər ay 400 manat verilə bilər –

Hərbçinin təyinatı dəyişərsə, həyat yoldaşına aylıq 400 manat ödənilməsi gündəmə gəlib!

Azmedia.Az xəbər verir ki, hərbi qulluqçuların yeni xidmət yerinə köçməsi nəticəsində həyat yoldaşlarının işlə təmin olunmasının mümkün olmadığı hallarda onlara minimum aylıq əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif edilir.

Bununla bağlı “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb.

Layihəyə əsasən, hərbi qulluqçunun yeni xidmət yerinə köçməsi səbəbindən həyat yoldaşının həmin ərazidə iş tapması mümkün olmadıqda, ona minimum aylıq əməkhaqqı məbləğində pul müavinəti verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda 2026-cı il üzrə minimum aylıq əməkhaqqı 400 manat təşkil edir.