Ukraynada həbsdə olan qazimizlə bağlı mühüm qərar – Məhkəmə işin yenidən baxılmasına qərar verdi!- FOTO

Ukraynada həbsdə olan qazimizlə bağlı mühüm qərar – Məhkəmə işin yenidən baxılmasına qərar verdi!-

Ukraynada həbsdə olan 44 günlük Vətən müharibəsinin iştirakçısı Misir Qasımovla bağlı Kiyev Ali Məhkəməsində mühüm qərar qəbul edilib. Məhkəmə əvvəlki hökmə yenidən baxılması üçün hüquqi prosesin davam etdirilməsinə qərar verib.

Azmedia.Az xəbər verir ki, “Real Azərbaycan”ın əldə etdiyi məlumata görə, məhkəmə Misir Qasımov barəsində çıxarılmış 8 illik həbs hökmündən verilən şikayətə baxıb. Araşdırma zamanı indiyədək keçirilən məhkəmə proseslərində bir sıra prosessual pozuntulara yol verildiyi müəyyən edilib.

Kiyev Ali Məhkəməsi aşkar olunan halları nəzərə alaraq Misir Qasımovun işinin yenidən araşdırılması məqsədilə aidiyyəti üzrə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.

Bu qərar Misir Qasımovun müdafiəsi baxımından mühüm mərhələ hesab olunur. Belə ki, işə yenidən baxılarkən əvvəlki məhkəmə proseslərində yol verilmiş mümkün qanun pozuntularının araşdırılması və işin hallarına hüquqi qiymət verilməsi gözlənilir.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində iştirak etmiş soydaşımızın taleyi uzun müddətdir diqqət mərkəzindədir. Məhkəmənin son qərarı isə onun hüquqlarının bərpası və ədalətli qərar əldə etməsi istiqamətində yeni ümid yaradıb.

Misir Qasımovun bəraət alıb-almayacağına isə işə yenidən baxıldıqdan sonra aydınlıq gələcək.