Səyyad Aran pensiya artımı və bahalaşmadan narazılığını AÇIQLADI – Nazirlərə də irad tutdu!- VİDEO
Pensiyaların artırılmasına baxmayaraq qiymət artımının vətəndaşların narazılığına səbəb olması, eləcə də dövlət qurumlarının fəaliyyəti ilə bağlı məsələlər yenidən gündəmə gəlib.
Azmedia.Az xəbər verir ki, millət vəkili Səyyad Aran pensiya artımları, qiymət bahalaşması və nazirlərin fəaliyyəti ilə bağlı narazılığını ifadə edib.
Deputat bildirib ki, vətəndaşlar arasında pensiya artımlarının qiymət artımı qarşısında təsirsiz qalması ilə bağlı narazılıq mövcuddur. O, parlament komitələrinin iclaslarında səsləndirilən təkliflərin real nəticələrə çevrilməsinin vacibliyini vurğulayıb.



