Azərbaycanı yasa boğan xəbər: Milli Qəhrəman vəfat etdi- FOTO

Azərbaycanı yasa boğan xəbər: Milli Qəhrəman vəfat etdi-

Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Milli Qəhrəman Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Azmedia.Az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev uzun sürən xəstəlikdən sonra 54 yaşında vəfat edib.

Məlumata görə, Milli Qəhrəman noyabrın 15-də müalicə aldığı Milli Onkologiya Mərkəzində dünyasını dəyişib.

Mərhum noyabrın 16-da İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Ehtiram Əliyevin səhhətində ciddi problemlər yaranıb. O, oktyabrın 18-də Yeni Klinikaya yerləşdirilib. Vəziyyəti ağırlaşdıqdan sonra Milli Onkologiya Mərkəzinə köçürülüb. Son günlər süni tənəffüs aparatına qoşulmuşdu.