Ağdaşda bayram faciəsi: Ana və övladı xəsarət aldı
Ağdaşda manqal qalayıb, kabab bişirib bayram etmək istəyi ana və övladına baha başa gəldi.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə rayon mərkəzində - Nizami küçəsində yerləşən evlərdən birində baş verib. Manqal qalayıb kabab bişirmək istəyən ailə üzvləri küləkli havada ehtiyatsız şəkildə benzini manqala tökərək od vurub. Nəticədə benzin qısa partlayış verərək 1956-cı il təvəllüdlü Əliyeva Ədalət Yunis qızının və 1978-ci il təvəllüdlü oğlu Əliyev Ərəstun Arif oğlunun müxtəlif dərəcəli yanıq xəsarətləri almasına səbəb olub. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


