Ağdaşda yol qəzası: Yaralananlar var
Ağdaşda yol qəzası baş verib, yaralananlar var.
Azmedia.Az-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, hadisə axşam saatlarında, Ağdaş şəhərinin Heydər Əliyev prospektində baş verib. "Mersedes" və "Vaz 2106" markalı avtomobillərin iştirakı ilə baş verən qəza zamanı iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar - 2005-ci il təvəllüdlü Əhmədova Rəfiqə Əfqan qızı və 1975-ci il təvəllüdlü İskəndərov Roman Əlövsət oğlu xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Azmedia.Az


