Anar Ələkbərov Milli Qəhrəman Pəncəli Teymurovun ailəsinin sevincinə şərik olub- FOTO
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Astarada Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsini ziyarət edib və onun qardaşı Elbrus Teymurovun oğlunun xeyir işində iştirak edib.
Azmedia.Az xəbər verir ki, Anar Ələkbərov bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Prezidentin köməkçisi paylaşımında Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə ananı yenidən ziyarət etdiyini bildirib.
Anar Ələkbərov qeyd edib ki, bəzi ünvanlara hər gəliş insanda təsvirə sığmayan hisslər yaradır.
“Bəzi ünvanlar var ki, ora hər gəlişində təsviredilməz hisslər keçirirsən. Yenidən Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə ananın qonağı olduq. Var olsun, belə qəhrəmanlar yetişdirən analar! Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq”, – Prezidentin köməkçisi paylaşımında bildirib.
Beləliklə, Anar Ələkbərov Milli Qəhrəman Pəncəli Teymurovun ailəsinin xoş günündə iştirak edərək ailənin sevincinə şərik olub.


